Bakı. 17 sentyabr. REPORT.AZ/ Texas ştatının Fort Uort şəhərində baş verən atışma zamanı iki polis yaralanıb.
"Report" "Qazeta.ru" portalına istinadən xəbər verir ki, polislər çağırış əsasında şəhərin evlərindən birinə gedib. Onlar evin arxasındakı bağçada yerləşən damın qapısını açan zaman silahlı şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıb. Öz növbəsində, polis əməkdaşları cavab atəşi açıblar.
Hadisə nəticəsində naməlum şəxs öldürülüb. Hazırda polis əməkdaşlarından birinin vəziyyəti kritikdir, digər polis yüngül xəsarət alıb.