Terrorla mübarizə İnterpolun Baş Assambleyasının 85-ci sessiyasında əsas müzakirə mövzusu olacaq

Terrorla mübarizə İnterpolun Baş Assambleyasının 85-ci sessiyasında əsas müzakirə mövzusu olacaq Baş katib: "Bali sessiyasında əsas məsələ beynəlxalq polis vasitəsilə informasiya mübadiləsinin genişləndirilməsinin zəruriliyidir"
Digər ölkələr
7 Noyabr , 2016 12:42
Terrorla mübarizə İnterpolun Baş Assambleyasının 85-ci sessiyasında əsas müzakirə mövzusu olacaq

Bakı. 7 noyabr. REPORT.AZ/ Bu gün İndoneziyanın Bali adasında işinə başlayan İnterpolun Baş Assambleyasının 85-ci sessiyasında əsas müzakirə mövzusu terrorla mübarizə məsələsi olacaq.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İndoneziya Milli Polisinin rəhbəri Tito Karnavian sessiyanın açılış mərasimindəki çıxışı zamanı bildirib.

"Terrorizm çox təhlükəli cinayətdir. İŞİD terror qruplaşmasının nümunəsi göstərir ki, İndoneziyanın radikalizmdən immuniteti yoxdur", - deyə İndoneziya vitse-prezidenti Yusuf Kalla çıxışında vurğulayıb.

İnterpolun baş katibi Yürgen Stok isə qeyd edib ki, beynəlxalq ictimaiyyətin Yaxın Şərq zonasındakı münaqişə zonalarından qayıdan və əvvəlkindən daha çox silahlanmış, hazırlıqlı və radikal yönümlü əcnəbi terrorçu-yaraqlıların qayıtmaq perspektivi ilə bağlı artan narahatlığını nəzərə alaraq, Bali sessiyasında müzakirə olunacaq əsas məsələ beynəlxalq polis vasitəsilə informasiya mübadiləsinin genişləndirilməsinin zəruriliyidir.

Son xəbərlər

Orphus sistemi