Yuxarı
    Bağlamaq

    Terrorla mübarizə İnterpolun Baş Assambleyasının 85-ci sessiyasında əsas müzakirə mövzusu olacaq

    Baş katib: Bali sessiyasında əsas məsələ beynəlxalq polis vasitəsilə informasiya mübadiləsinin genişləndirilməsinin zəruriliyidir

    Bakı. 7 noyabr. REPORT.AZ/ Bu gün İndoneziyanın Bali adasında işinə başlayan İnterpolun Baş Assambleyasının 85-ci sessiyasında əsas müzakirə mövzusu terrorla mübarizə məsələsi olacaq.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İndoneziya Milli Polisinin rəhbəri Tito Karnavian sessiyanın açılış mərasimindəki çıxışı zamanı bildirib.

    "Terrorizm çox təhlükəli cinayətdir. İŞİD terror qruplaşmasının nümunəsi göstərir ki, İndoneziyanın radikalizmdən immuniteti yoxdur", - deyə İndoneziya vitse-prezidenti Yusuf Kalla çıxışında vurğulayıb.

    İnterpolun baş katibi Yürgen Stok isə qeyd edib ki, beynəlxalq ictimaiyyətin Yaxın Şərq zonasındakı münaqişə zonalarından qayıdan və əvvəlkindən daha çox silahlanmış, hazırlıqlı və radikal yönümlü əcnəbi terrorçu-yaraqlıların qayıtmaq perspektivi ilə bağlı artan narahatlığını nəzərə alaraq, Bali sessiyasında müzakirə olunacaq əsas məsələ beynəlxalq polis vasitəsilə informasiya mübadiləsinin genişləndirilməsinin zəruriliyidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi