"Taliban"çılar Əfqanıstanın mərkəzi hissəsində hərbi bazanı ələ keçiriblər

"Taliban"çılar Əfqanıstanın mərkəzi hissəsində hərbi bazanı ələ keçiriblər Bakı. 4 noyabr. REPORT.AZ/ Taliban radikal hərəkatının silahlıları Əfqanıstanın mərkəzi Uruzqan vilayətinin Tarinkot şəhərində ordunun və polisin hərbi bazasını ələ keçiriblər.
Digər ölkələr
4 Noyabr , 2018 19:38
Talibançılar Əfqanıstanın mərkəzi hissəsində hərbi bazanı ələ keçiriblər

Bakı. 4 noyabr. REPORT.AZ/ "Taliban" radikal hərəkatının silahlıları Əfqanıstanın mərkəzi Uruzqan vilayətinin Tarinkot şəhərində ordunun və polisin hərbi bazasını ələ keçiriblər.

"Report" xəbər verir ki, bu barədə "Pajvak" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Bildirilir ki, baza ərazisində Əfqanıstan ordusunun və polisininin 25 əməkdaşı var. Onların taleyi barədə məlumat yoxdur. "Taliblər"in itkisi barədə də xəbər verilmir.

Qeyd edilir ki, "taliban"çılar bazadakı silah və nəqliyyat vasitələrini ələ keçiriblər. 

Son xəbərlər

Orphus sistemi