Əfqanıstanda helikopterin qəzaya uğraması nəticəsində ölənlərin sayı 25-ə çatıb - YENİLƏNİB

Əfqanıstanda helikopterin qəzaya uğraması nəticəsində ölənlərin sayı 25-ə çatıb - YENİLƏNİB Bakı. 31 oktyabr. REPORT.AZ/ Əfqanıstanın qərbindəki Fərah vilayətində helikopterin qəzaya uğraması nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.
Digər ölkələr
31 Oktyabr , 2018 12:58
Əfqanıstanda helikopterin qəzaya uğraması nəticəsində ölənlərin sayı 25-ə çatıb - YENİLƏNİB
0 : 00
0 : 00

Bakı. 31 oktyabr. REPORT.AZ/ Əfqanıstanın qərbindəki Fərah vilayətində helikopterin qəzaya uğraması nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.

Bu barədə "Report" "Pajvak" agentliyinə istinadən məlumat verir.

Qeyd edilir ki, helikopter dağa çırpılıb. Qəzanın dəqiq səbəbi hələlik müəyyənləşdirilməyib.

Məlumata görə, ölənlər arasında vilayət şurasının rəhbəri Fərid Bəxtəvər, eləcə də şura üzvü Cəmilə Amini və "Zafar" 207-ci hərbi korpusun baş komandanının müavini Nemətulla Xəlil də var.

Radikal "Taliban" hərəkatının silahlıları helikopteri onların vurduqlarını bəyan ediblər.


***10:48

Əfqanıstanın qərbindəki Fərah vilayətində ölkənin Silahlı Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.

"Report" "TOLO News"a istinadən xəbər verir ki, hadisə nəticəsində 20 nəfər ölüb.

Əfqanıstan Silahlı Qüvvələrinin nümayəndəsi Nəciballa Nəcibinin sözlərinə görə, helikopterin göyərtəsində olanlardan heç kim sağ qalmayıb.

Məlumata görə, göyərtədə hərbçilər və vilayət şurasının üzvləri olublar.

Hadisənin başvermə səbəbi hələlik məlum deyil.

Son xəbərlər

Orphus sistemi