Yuxarı

Tailandda zəlzələ olub

Dağıntı və ya tələfat barəsində məlumat verilmir

Bakı. 2 noyabr. REPORT.AZ/ Tailandın şimalındakı Çianqray vilayətində 3,6 bal gücündə zəlzələ baş verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Bürosu məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 03:15 radələrində qeydə alınıb. Zəlzələnin episentri Me Suay rayonunda, iki kilometr dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat barəsində məlumat verilmir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi