​Suriyanın Hələb əyalətindəki atışmada 47 silahlı ölüb

​Suriyanın Hələb əyalətindəki atışmada 47 silahlı ölüb İŞİD əyalətin Marea şəhərini nələ keçirə bilməyib
Digər ölkələr
5 Sentyabr , 2015 18:12
​Suriyanın Hələb əyalətindəki atışmada 47 silahlı ölüb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Suriyanın Hələb əyaləti yaxınlığındakı Marea şəhərini ələ keçirməyə cəhd edərəkən İŞİD-lə başqa silahlı qruplaşmalar arasında baş verən atışma nəticəsində 47 nəfər ölüb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Suriya İnsan Haqları Müşahidə Təşkilatı məlumat yayıb.

Xəbərə görə, ölənlərdən 27-si İŞİD terroçu təşkilatının silahlılarıdır.

Məlumat əsasən, İŞİD Mareanı ələ keçirə bilməyib. Şəhəri ələ keçirmək üçün bu, terrorçu qruplaşmanın ilk cəhdi deyil.

Son xəbərlər

Orphus sistemi