Yuxarı

​Suriyanın Hələb əyalətindəki atışmada 47 silahlı ölüb

İŞİD əyalətin Marea şəhərini nələ keçirə bilməyib

Bakı. 5 sentyabr. REPORT.AZ/ Suriyanın Hələb əyaləti yaxınlığındakı Marea şəhərini ələ keçirməyə cəhd edərəkən İŞİD-lə başqa silahlı qruplaşmalar arasında baş verən atışma nəticəsində 47 nəfər ölüb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Suriya İnsan Haqları Müşahidə Təşkilatı məlumat yayıb.

Xəbərə görə, ölənlərdən 27-si İŞİD terroçu təşkilatının silahlılarıdır.

Məlumat əsasən, İŞİD Mareanı ələ keçirə bilməyib. Şəhəri ələ keçirmək üçün bu, terrorçu qruplaşmanın ilk cəhdi deyil.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi