​Suriyada Türkiyə lirəsindən istifadə edilməyə başlanıb

​Suriyada Türkiyə lirəsindən istifadə edilməyə başlanıb Hazırda müxalifətin nəzarəti altında olan bölgələrdə əhali benzin, ərzaq malları və başqa alış-verişi türk lirəsi ilə edir
Digər ölkələr
11 Avqust , 2015 19:22
​Suriyada Türkiyə lirəsindən istifadə edilməyə başlanıb

Bakı. 11 avqust. REPORT.AZ/ Suriyada müxalifətin nəzarət etdiyi bölgələrdə Suriya lirəsi ilə yanaşı, Türkiyə lirəsindən də istifadə ediləcək. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, müxalifət nəzarəti altında olan bölgələrdə Suriya funtu az olduğundan və rejimi iqtisadi cəhətdən çökdürmək üçün türk lirəsindən istifadə edəcəyini vurğulayıb.

Hələb Şəhər Şurası adından yayılan açıqlamada bildirilib ki, Bəşşar Əsədin hakimiyyəti mövcud olanadək hər iki pul vahidindən istifadə ediləcək.

"İraqdakı müharibə zamanı xalq dollardan deyil, milli puldan, İraq dinarından istifadə etdi. Nəticədə bir dolar almaq üçün yüzlərlə dinar dəyişirdilər. Suriyada da rejim devrildikdən sonra dolların qiyməti bahalaşacaq. Ancaq Suriya pulunun Türkiyə lirəsinə dəyişdirilməsi bu vəziyyətin yaranmasına mane olacaq. Tacirlər Türkiyədən alış-verişi türk lirəsi ilə edir. Daxili bazarda da ondan istifadə ticarətdə vəziyyəti asanlaşdıracaq",- Hələbdəki tacirlərdən biri vurğulayıb.

Məlumatda bildirilib ki, hazırda müxalifətin nəzarəti altında olan bölgələrdə əhali benzin, ərzaq malları və başqa alış-verişi türk lirəsi ilə etməyə başlayıb. 

Son xəbərlər

Orphus sistemi