Suriyada girovluqda olan almaniyalı jurnalist və körpəsi sərbəst buraxılıb

Suriyada girovluqda olan almaniyalı jurnalist və körpəsi sərbəst buraxılıb Jurnalist övladı ilə birlikdə Almaniyanın Türkiyədəki konsulluğundadır
Digər ölkələr
29 Sentyabr , 2016 12:45
Suriyada girovluqda olan almaniyalı jurnalist və körpəsi sərbəst buraxılıb

Bakı. 29 sentyabr. REPORT.AZ/ Suriyada girovluqda olan Almaniya jurnalisti və körpəsi sərbəst buraxılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, məlumatı "Sərhədsiz Reportyorlar" insan haqlarını müdafiə təşkilatı yayıb.

Məlumata görə, jurnalist övladı ilə birlikdə Almaniyanın Türkiyədəki konsulluğundadır.

Almaniya Xarici İşlər Nazirliyi vətəndaşlarının özlərini yaxşı hiss etdiyni bildirib. Diplomatlar onları ölkəyə yola salmağa hazırlıq işləri görür.

Qeyr-rəsmi məlumata görə, jurnalist Almaniyada çıxan "Süddeutsche Zeitung" qəzeti və "VDR" adlı şirkətlə əməkdaşlıq edirmiş. Onun "Cebhat ən-Nusra" tərəfindən girov götürüldüyü də xəbərdə vurğulanıb.

Qeyd edək ki, jurnalist bir il əvvəl girov götürülüb. Onda silahlılar jurnalistin sərbəst buraxılması üçün bir neçə milyon avro tələb edirmiş. Terrorçuların istədiyi məbləği Almaniyanın ödəyib-ödəməməsi ilə bağlı məlumat yayılmayıb. Onun körpəsini də Suriyada girovluqda olarkən dünyaya gətirdiyi bildirilir. 

Son xəbərlər

Orphus sistemi