Suriyada 300-dən çox silahlı zərərsizləşdirilib

Suriyada 300-dən çox silahlı zərərsizləşdirilib Bu bölgədə terrorçuların təsdiqlənmiş itkisi 304 nəfərdir, 170-dən çoxu isə yaralanıb
Digər ölkələr
3 Oktyabr , 2017 10:08
Suriyada 300-dən çox silahlı zərərsizləşdirilib
Tass

Bakı. 3 oktyabr. REPORT.AZ/ Son iki sutka ərzində Fərat çayının şərq sahillərində İŞİD terror qruplaşmasının 300-dən çox silahlısı öldürülüb, 170-dən çox terrorçu yaralanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

"Son iki gün ərzində Rusiya Hava-Kosmik Qüvvələri Fərat çayının şərq sahillərində İŞİD terrorçularını məhv etməkdə davam edib. Bu bölgədə terrorçuların təsdiqlənmiş itkisi 304 nəfərdir, 170-dən çoxu isə yaralanıb", - İ.Konaşenkov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi