Yuxarı
    Bağlamaq

    Suriyada 300-dən çox silahlı zərərsizləşdirilib

    Bu bölgədə terrorçuların təsdiqlənmiş itkisi 304 nəfərdir, 170-dən çoxu isə yaralanıb© Tass

    Bakı. 3 oktyabr. REPORT.AZ/ Son iki sutka ərzində Fərat çayının şərq sahillərində İŞİD terror qruplaşmasının 300-dən çox silahlısı öldürülüb, 170-dən çox terrorçu yaralanıb.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

    "Son iki gün ərzində Rusiya Hava-Kosmik Qüvvələri Fərat çayının şərq sahillərində İŞİD terrorçularını məhv etməkdə davam edib. Bu bölgədə terrorçuların təsdiqlənmiş itkisi 304 nəfərdir, 170-dən çoxu isə yaralanıb", - İ.Konaşenkov vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi