2014-cü ildən Suriya və İraqda koalisiyanın aviazərbələri nəticəsində 1139 dinc sakin ölüb

2014-cü ildən Suriya və İraqda koalisiyanın aviazərbələri nəticəsində 1139 dinc sakin ölüb Bakı. 31 dekabr. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi anti-terror koalisiyasının 2014-cü ilin avqustundan Suriya və İraqa endirdiyi hava zərbələri nəticəsində azı 1139 dinc sakin həyatını itirib.
Digər ölkələr
31 Dekabr , 2018 04:41
2014-cü ildən Suriya və İraqda koalisiyanın aviazərbələri nəticəsində 1139 dinc sakin ölüb

Bakı. 31 dekabr. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi anti-terror koalisiyasının 2014-cü ilin avqustundan Suriya və İraqa endirdiyi hava zərbələri nəticəsində azı 1139 dinc sakin həyatını itirib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə koalisiyanın bazar günü yaydığı məlumatda deyilir.

"2014-cü ilin avqustundan 2018-ci il noyabrın sonunadək olan dövrdə koalisiya ümumilikdə 31 min 406 hava zərbəsi endirib. Bu dövrdə, mövcud məlumatlara görə, azı 1139 dinc sakin aviazərbələr nəticəsində qəsdən olmadan həyatını itirib", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, koalisiya 2014-cü ildən müttəfiqləri və onların da tərəfdaşları ilə birgə İraq və Suriyanın bir sıra rayonlarında İŞİD-lə mübarizə aparıb və təqribən 8 milyon iraqlı və suriyalını azad edib.

Daha əvvəl ABŞ-ın öz hərbçilərinin ilk qrupunu Suriyadan çıxardığı məlum olub.

Son xəbərlər

Orphus sistemi