ABŞ hərbçilərinin ilk qrupunu Suriyadan çıxarıb

ABŞ hərbçilərinin ilk qrupunu Suriyadan çıxarıb Bakı. 30 dekabr. REPORT.AZ/ Amerika qoşunları Suriyada İraqla sərhəddə yerləşən anbarı boşaldıblar: texnika və azı 50 hərbçi oranı tərk edib.
Digər ölkələr
30 Dekabr , 2018 00:20
ABŞ hərbçilərinin ilk qrupunu Suriyadan çıxarıb

Bakı. 30 dekabr. REPORT.AZ/ Amerika qoşunları Suriyada İraqla sərhəddə yerləşən anbarı boşaldıblar: texnika və azı 50 hərbçi oranı tərk edib.

“Report” xəbər verir ki, bu barədə mənbəyə istinadən "Anadolu" məlumat yayıb.

Bildirilir ki, ərazisi 400 kvadratmetr olan anbar bu günə qədər Amerika hərbi texnikasının paylaşdırılması üçün mərkəz rolunu oynayıb.

Məlumata görə, anbardakı silah və döyüş sursatları zirehli avtomobillər vasitəsi ilə İraqa aparılıb. Anbar ərazisində xidmət çəkən Amerika hərbçiləri da həmin istiqamətdə yola düşüblər.

Daha əvvəl ABŞ-ın öz qoşunlarını Suriyadan çıxarmağa başladığı məlumat verilmişdi.

Son xəbərlər

Orphus sistemi