​Suriya ordusu daha bir şəhəri terrorçulara təslim edib

​Suriya ordusu daha bir şəhəri terrorçulara təslim edib Bu, hökumət qoşunlarının İdlib əyalətində son istinadgahı idi
Digər ölkələr
29 May , 2015 04:58
​Suriya ordusu daha bir şəhəri terrorçulara təslim edib

Bakı. 29 may. REPORT.AZ/ Suriya ordusu cümə axşamı öz bölmələrini terrorçuların əlinə keçən Əriha şəhərindən çıxarıb.

"Report" xəbər verir ki, bu barədə "Suriya əl-Ən" xəbər portalı məlumat yayıb.

Bundan əvvəl məlum olub ki, "Ceyş əl-fəth" ekstremist qruplaşmasının silahlıları hökumət qoşunlarının İdlib əyalətində son istinadgahı olan Əriha şəhərini ələ keçiriblər.

Londonda yerləşən Suriya İnsan Haqlarına Riayət Olunması üzrə Monitorinq Mərkəzinin məlumatına görə, radikal terrorçuların yaşayış məntəqəsinə hücumu bir neçə saat çəkib.

Regional müşahidəçilərin rəyinə görə, ordu bölmələrinin geri çəkilməsi Suriya hakimiyyətinin dinc əhalinin təhlükəsizliyini təmin etmək istəyindən irəli gələ bilər.

Son xəbərlər

Orphus sistemi