Yuxarı

​Suriya ordusu daha bir şəhəri terrorçulara təslim edib

Bu, hökumət qoşunlarının İdlib əyalətində son istinadgahı idi

Bakı. 29 may. REPORT.AZ/ Suriya ordusu cümə axşamı öz bölmələrini terrorçuların əlinə keçən Əriha şəhərindən çıxarıb.

"Report" xəbər verir ki, bu barədə "Suriya əl-Ən" xəbər portalı məlumat yayıb.

Bundan əvvəl məlum olub ki, "Ceyş əl-fəth" ekstremist qruplaşmasının silahlıları hökumət qoşunlarının İdlib əyalətində son istinadgahı olan Əriha şəhərini ələ keçiriblər.

Londonda yerləşən Suriya İnsan Haqlarına Riayət Olunması üzrə Monitorinq Mərkəzinin məlumatına görə, radikal terrorçuların yaşayış məntəqəsinə hücumu bir neçə saat çəkib.

Regional müşahidəçilərin rəyinə görə, ordu bölmələrinin geri çəkilməsi Suriya hakimiyyətinin dinc əhalinin təhlükəsizliyini təmin etmək istəyindən irəli gələ bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi