Yuxarı

Hərbçilər Sudanda Prezidenti devirdiklərini rəsmi olaraq elan ediblər

Sudan hərbçiləri iki il hakimiyyətə nəzarət edəcək

Sudan ordusu ölkə Prezidenti Ömər əl-Bəşirin hakimiyyətdən uzaqlaşdırıldığını və konstitusiyanın fəaliyyətinin dayandırıldığını rəsmi formada elan edib.

“Report” xəbər verir ki, məlumatı TASS yayıb.

Hərbçilər bildirib ki, onlar iki il Sudanda hakimyyətə nəzarət edəcəklər.

Onlar ölkədə 3 aylıq fövqəladə vəziyyət rejimi tətbiq ediblər. Ordu rəsmiləri hakimiyyətdən uzaqlaşdırdıqları Prezident Ömər əl-Bəşirin həbs olunduğunu deyiblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi