Hərbçilər Sudanda Prezidenti devirdiklərini rəsmi olaraq elan ediblər

Hərbçilər Sudanda Prezidenti devirdiklərini rəsmi olaraq elan ediblər Sudan ordusu ölkə Prezidenti Ömər əl-Bəşirin hakimiyyətdən uzaqlaşdırıldığını və konstitusiyanın fəaliyyətinin dayandırıldığını rəsmi formada elan edib.
Digər ölkələr
11 Aprel , 2019 16:10
Hərbçilər Sudanda Prezidenti devirdiklərini rəsmi olaraq elan ediblər

Sudan ordusu ölkə Prezidenti Ömər əl-Bəşirin hakimiyyətdən uzaqlaşdırıldığını və konstitusiyanın fəaliyyətinin dayandırıldığını rəsmi formada elan edib.

“Report” xəbər verir ki, məlumatı TASS yayıb.

Hərbçilər bildirib ki, onlar iki il Sudanda hakimyyətə nəzarət edəcəklər.

Onlar ölkədə 3 aylıq fövqəladə vəziyyət rejimi tətbiq ediblər. Ordu rəsmiləri hakimiyyətdən uzaqlaşdırdıqları Prezident Ömər əl-Bəşirin həbs olunduğunu deyiblər. 

Son xəbərlər

Orphus sistemi