Yuxarı

Stokholmda minlərlə insan etiraz aksiyası keçirib

​Stokholmda minlərlə insan etiraz aksiyası keçirib

İsveçin paytaxtı Stokholmda minlərlə insan etiraz aksiyası keçirib.

"Report" xəbər verir ki, bu barədə "Dagens Nyheter" nəşri bildirib.

Qeyd edilir ki, aksiyaçılar səhiyyə xərclərinin ixtisarına qarşı etiraz ediblər. Məlumata görə, tibb xərclərinin ixtisarı İsveç paytaxtının xəstəxanalarında həkimlərin işdən çıxarılmasına gətirib çıxaracaq.

Etirazçılar şəhərin mərkəzində - İsveç hökumətinin binası yaxınlığında toplaşıblar.

Nümayişçilərin sözlərinə görə, hazırda İsveç paytaxtının xəstəxanalarında tibbi personalın çatışmazlığı müşahidə olunur. Səhiyyə xərclərinin ixtisarı bu vəziyyəti daha da ağırlaşdıracaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi