Stokholmda minlərlə insan etiraz aksiyası keçirib

Stokholmda minlərlə insan etiraz aksiyası keçirib İsveçin paytaxtı Stokholmda minlərlə insan etiraz aksiyası keçirib.
Digər ölkələr
15 Dekabr , 2019 00:53
Stokholmda minlərlə insan etiraz aksiyası keçirib

İsveçin paytaxtı Stokholmda minlərlə insan etiraz aksiyası keçirib.

"Report" xəbər verir ki, bu barədə "Dagens Nyheter" nəşri bildirib.

Qeyd edilir ki, aksiyaçılar səhiyyə xərclərinin ixtisarına qarşı etiraz ediblər. Məlumata görə, tibb xərclərinin ixtisarı İsveç paytaxtının xəstəxanalarında həkimlərin işdən çıxarılmasına gətirib çıxaracaq.

Etirazçılar şəhərin mərkəzində - İsveç hökumətinin binası yaxınlığında toplaşıblar.

Nümayişçilərin sözlərinə görə, hazırda İsveç paytaxtının xəstəxanalarında tibbi personalın çatışmazlığı müşahidə olunur. Səhiyyə xərclərinin ixtisarı bu vəziyyəti daha da ağırlaşdıracaq.

Son xəbərlər

Orphus sistemi