Şri-Lankada dövlət məktəbləri aprelin 29-dək bağlanıb

Şri-Lankada dövlət məktəbləri aprelin 29-dək bağlanıb Şri-Lankada bütün dövlət məktəbləri aprelin 29-dək bağlı olacaq.
Digər ölkələr
23 Aprel , 2019 12:11
Şri-Lankada dövlət məktəbləri aprelin 29-dək bağlanıb
REUTERS / Athit Perawongmetha
0 : 00
0 : 00

Şri-Lankada bütün dövlət məktəbləri aprelin 29-dək bağlı olacaq.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədəki bütün məktəblər 22 və 23 aprel tarixlərində bağlı olacaq, özəl katolik məktəblərdə isə dərslər aprelin 29-dək dayandırılıb.

Təhsil Nazirliyi təhlükəsizlik məqsədi ilə dövlət məktəblərinin hamısında tətilin aprelin 29-na qədər uzadılmasına dair qərar qəbul edib.

Xatırladaq ki, Şri-Lankada törədilən bir neçə terror hücumu nəticəsində 310 nəfər ölüb.

Terror hücumları ilə bağlı saxlanılanların sayı 40-a çatıb.

Son xəbərlər

Orphus sistemi