Şri-Lanka polisi terror hücumları ilə əlaqədar 24 nəfəri saxlayıb

Şri-Lanka polisi terror hücumları ilə əlaqədar 24 nəfəri saxlayıb Şri-Lankada katolik Pasxası günündə ölkədə baş vermiş partlayışlarla əlaqədar 24 nəfər saxlanılıb.
Digər ölkələr
22 Aprel , 2019 10:46
Şri-Lanka polisi terror hücumları ilə əlaqədar 24 nəfəri saxlayıb
0 : 00
0 : 00

Şri-Lankada katolik Pasxası günündə ölkədə baş vermiş partlayışlarla əlaqədar 24 nəfər saxlanılıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə CNN-ə polis nümayəndəsi Ruvan Qunasekara məlumat verib.

O deyib ki, bazar ertəsi Dambulla şəhərindəki hoteldə 2 nəfər həbs olunub. 

Onun sözlərinə görə, həbs öncəki gün baş vermiş partlayışlarla əlaqədardır.

Polis ümumilikdə, terror hücumunda əli olmaqda şübhəli bildiyi 24 nəfəri saxlayıb.

Son məlumatlara görə, partlayışlar nəticəsində ölənlərin sayı 290-a çatıb, 500 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi