Yuxarı

Sorğu: Getdikcə daha çox amerikalı Donald Trampın impiçmentini dəstəkləyir

Sorğu: Getdikcə daha çox amerikalı Donald Trampın impiçmentini dəstəkləyir
ABŞ prezidentinin impiçmentini dəstəkləyənlərin sayı 38%-dən 43%-dək artıb

Bakı. 1 iyun. REPORT.AZ/ Getdikcə daha çox amerikalı ABŞ Prezidenti Donald Trampa impiçment elan edilməsi barədə qərarı dəstəkləyir.

"Report" xəbər verir ki, bu barədə "Politico-Morning Consult" şirkətinin keçirdiyi sorğuya istinadən "The Hill" qəzeti yazıb.

Amerikalılar arasında D.Trampa impiçment elan edilməsi fikrini dəstəkləyənlərin sayı 38%-dən 43%-dək artıb.

Qeyd edək ki, daha əvvəl aparılmış başqa bir sorğuda D.Trampdan razılıq göstəricisinin onun prezidentliyi dövründə ən aşağı həddə düşdüyü məlum olub. Belə ki, amerikalıların yalnız 38%-i D.Trampın ABŞ prezidenti kimi fəaliyyətini bəyənib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi