Sorğu: Amerikalıların əksəriyyəti Donald Trampın impiçmentinə qarşı çıxır

Sorğu: Amerikalıların əksəriyyəti Donald Trampın impiçmentinə qarşı çıxır Bakı. 28 avqust. REPORT.AZ/ Amerikalıların yarıdan azı ABŞ Konqresinin dövlət başçısı Donald Trampın impiçmenti prosesinə başlamalı olduğunu hesab edir.
Digər ölkələr
28 Avqust , 2018 15:40
Sorğu: Amerikalıların əksəriyyəti Donald Trampın impiçmentinə qarşı çıxır
0 : 00
0 : 00

Bakı. 28 avqust. REPORT.AZ/ Amerikalıların yarıdan azı ABŞ Konqresinin dövlət başçısı Donald Trampın impiçmenti prosesinə başlamalı olduğunu hesab edir.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu nəticələr "Axios"un keçirdiyi yeni sorğuda əksini tapıb.

"Axios" qeyd edir ki, noyabr ayında keçiriləcək aralıq seçkilərdə Respublikaçılar Partiyası Konqresdəki çoxluğu itirmiş olsalar, Demokratlar Partiyası, böyük ehtimalla, D.Trampın vəzifədən kənarlaşdırılması prosesinə başlaya biləcək.

Bununla belə, araşdırmanın nəticələrinə görə, amerikalıların əksəriyyəti buna hazır deyil. İmpiçment prosesinin lehinə respondentlərin 44%-i səs verib ki, onların da 79%-i demokratlardır.

Qeyd edək ki, D.Trampa impiçment elan olunmasının mümkünlüyü barədə müzakirələr ABŞ prezidentinin keçmiş şəxsi vəkili Maykl Koenin məhkəmədə ifadə verməsindən sonra gündəmə gəlib. Vəkil etiraf edib ki, D.Tramp pornoaktrisa Stormi Deniels və "Playboy" modeli Karen Makduqalla əlaqələrini gizlətmək üçün onun vasitəsilə həmin şəxslərə pul ödəyib.

Son xəbərlər

Orphus sistemi