Sorğu: Amerikalıların 1/3-i Rusiyanı ciddi təhlükə hesab edir

Sorğu: Amerikalıların 1/3-i Rusiyanı ciddi təhlükə hesab edir Bu göstərici ötən illə müqayisədə təqribən 10 faiz artıb
Digər ölkələr
7 Mart , 2017 03:57
Sorğu: Amerikalıların 1/3-i Rusiyanı ciddi təhlükə hesab edir

Bakı. 7 mart. REPORT.AZ/ ABŞ-ın CNN telekanalı ORC şirkəti ilə birgə sıravi amerikalıların Rusiyanı nə dərəcədə təhlükəli hesab etmələri ilə bağlı sosial sorğu həyata keçirib.

"Report" xəbər verir ki, əldə olunan nəticəyə görə, ötən illə müqayisədə Kremldən ehtiyatlanan respondentlərin sayı təqribən 10 faiz artıb.

Sorğulananların 34 faizi Rusiyanı "olduqca təhlükəli" hesab ediblər.

Analoji göstərici 2016-cı ildə sorğulanan amerikalıların 21 faizini təşkil etmişdi.

Son xəbərlər

Orphus sistemi