Yuxarı

Son 3 gündə Aralıq dənizində 4000-dən çox miqrant xilas edilib

Təkcə cümə günü və şənbə gününə keçən gecə 2121 insanın həyatını xilas etmək mümkün olub
© Vashcntr.ru

Bakı. 21 may. REPORT.AZ/ Aralıq dənizində 3 gün ərzində keçirilmiş əməliyyatların gedişində 4000-dən çox miqrant xilas edilib.

"Report"un məlumatına görə, bu barədə İtaliyanın Sahil Mühafizəsi xəbər verib.

Xəbərdə bildirilir ki, cümə günü və şənbə gününə keçən gecə 2121 insanın həyatını xilas etmək mümkün olub. Onların arasında təcili tibbi yardıma ehtiyacı olan yarımaylıq körpə də olub.

Bundan əlavə, Avropaya çatmağa can atan 17 qayıqdan birində meyit tapılıb. Cümə axşamı isə Aralıq dənizində 2,3 min insan xilas edilib.

Beynəlxalq Miqrasiya Təşkilatı cari ildə Avropaya dəniz yolu ilə 54 mindən çox qaçqının gəldiyini xəbər verib. Təşkilatın məlumatına görə, 1,3 mindən çox insan həlak olub, ya da itkin düşüb. Miqrantların əksəriyyəti – 85 faizdən çoxu İtaliyaya üz tutub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi