Son 3 gündə Aralıq dənizində 4000-dən çox miqrant xilas edilib

Son 3 gündə Aralıq dənizində 4000-dən çox miqrant xilas edilib Təkcə cümə günü və şənbə gününə keçən gecə 2121 insanın həyatını xilas etmək mümkün olub
Digər ölkələr
21 May , 2017 05:03
Son 3 gündə Aralıq dənizində 4000-dən çox miqrant xilas edilib
Vashcntr.ru

Bakı. 21 may. REPORT.AZ/ Aralıq dənizində 3 gün ərzində keçirilmiş əməliyyatların gedişində 4000-dən çox miqrant xilas edilib.

"Report"un məlumatına görə, bu barədə İtaliyanın Sahil Mühafizəsi xəbər verib.

Xəbərdə bildirilir ki, cümə günü və şənbə gününə keçən gecə 2121 insanın həyatını xilas etmək mümkün olub. Onların arasında təcili tibbi yardıma ehtiyacı olan yarımaylıq körpə də olub.

Bundan əlavə, Avropaya çatmağa can atan 17 qayıqdan birində meyit tapılıb. Cümə axşamı isə Aralıq dənizində 2,3 min insan xilas edilib.

Beynəlxalq Miqrasiya Təşkilatı cari ildə Avropaya dəniz yolu ilə 54 mindən çox qaçqının gəldiyini xəbər verib. Təşkilatın məlumatına görə, 1,3 mindən çox insan həlak olub, ya da itkin düşüb. Miqrantların əksəriyyəti – 85 faizdən çoxu İtaliyaya üz tutub. 

Son xəbərlər

Orphus sistemi