Yuxarı
    Bağlamaq

    Somalidə terror aktları nəticəsində ölənlərin sayı 53 nəfərə, yaralıların sayı 100-ə çatıb - FOTO - YENİLƏNİB-3

    Bakı. 11 noyabr. REPORT.AZ/ Somalinin paytaxtı Moqadişoda törədilən partlayışlar nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb.

    Bu barədə "Report" "Associated Press"ə istinadən xəbər verir.

    Bildirilir ki, partlayışlar zamanı 100-ə yaxın insan xəsarət alıb.

    Qeyd edək ki, terrorçu kamikadze Moqadişodakı "Safari House" mehmanxanasının qarşısında özünü partladıb. Paytaxtda ümumilikdə 4 partlayış törədilib.

    Hücuma görə məsuliyyəti "Əş Şabab" terror qruplaşması üzərinə götürüb.  


    ***19:05

    Somalinin paytaxtı Moqadişoda baş vermiş partlayışda ölənlərin sayı 50 nəfərə çatıb.

    "Report" xəbər verir ki, bu barədə "Sinhua" agentliyi polis nümayəndəsinə istinadən məlumat yayıb.

    "Dağıntılar altında daha 3 cəsəd tapılıb. İndi ölənlərin sayı 50-ə çatıb", – deyə o bildirib.

    Bildirilir ki, hadisə zamanı daha 58 nəfər xəsarət alıb. Polis rəsmisinin sözlərinə görə, ərazidə axtarış-xilasetmə işləri hələ də davam etdirilir. 

    Qeyd edək ki, terrorçular şəhərdə bir neçə partlayış törədiblər. Sonuncu partlayış tibb işçiləri hadisə yerinə gələn zaman baş verib.

    Partlayışlara görə məsuliyyəti "Əş-Şəbab" terror qruplaşması üzərinə götürüb.



    ***08:45

    Somalinin paytaxtı Moqadişoda törədilən partlayışlar nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.

    “Report” xəbər verir ki, bu barədə yerli tibb mənbələrinə istinadən "Al Arabiya" məlumat yayıb.


    ***02:11

    Bakı. 10 noyabr. REPORT.AZ/ Somalinin paytaxtı Moqadişoda törədilən partlayışlar nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb, daha 17 nəfər yaralanıb.

    “Report” xəbər verir ki, bu barədə yerli polisə istinadən "Associated Press" məlumat yayıb.

    Bildirilir ki, terrorçular şəhərdə 4 partlayış törədiblər. Sonuncu partlayış tibb işçiləri hadisə yerinə gələn zaman baş verib.

    Partlayışlara görə məsuliyyəti "Əş-Şəbab" terror qruplaşması öz üzərinə götürüb.


    ***18:57

    Bakı. 9 noyabr. REPORT.AZ/ Somalidə otel yaxınlığında terrorçu-kamikadzelərin özünü partlatması nəticəsində azı 17 nəfər həyatını itirib.

    “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polisə istinadən "Reuters" məlumat yayıb.

    Bildirilir ki, ümumilikdə iki partlayış baş verib.

    Bəzi məlumatlara görə, Moqadişodakı "Sahafi Hotel" mehmanxanasının qarşısında qeydə alınıb.

    Bundan əvvəl Somalidə ABŞ hərbçilərinin hava zərbəsi nəticəsində 60-dək terrorçu məhv edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi