​Somalidə törədilən iki partlayış nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb - YENİLƏNİB

​Somalidə törədilən iki partlayış nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb - YENİLƏNİB Terror aktlarını iki kamikadze törədib
Digər ölkələr
29 Fevral , 2016 04:27
​Somalidə törədilən iki partlayış nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb - YENİLƏNİB

Bakı. 29 fevral. REPORT.AZ/ Somalidə törədilən iki terror aktı nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə mənbəyə istinadən CNN məlumat yayıb.

Həmçinin bildirilir ki, terrorçuların hücumu nəticəsində 70 nəfər yaralanıb.

***23:13

Bakı. 28 fevral. REPORT.AZ/ Somalidə törədilən iki terror aktı nəticəsində 21 nəfər ölüb, daha 10 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə polisə istinadən "Sinxua" agentliyi məlumat yayıb.

Bazar günü Somalinin cənub-qərbində yerləşən Baydabo şəhərində iki terrorçu-kamikadze restoran qarşısında iki minalanmış avtomobili partladıb. Həmin zaman restoranda xeyli sayda insan olub.

"Əş-Şabab" qruplaşması törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi