Somalidə mehmanxanaya silahlı hücumda azı 12 nəfər ölüb, 25 nəfər yaralanıb - YENİLƏNİB

Somalidə mehmanxanaya silahlı hücumda azı 12 nəfər ölüb, 25 nəfər yaralanıb - YENİLƏNİB Hücumun məsuliyyətini “Əş-Şəbab” terrorçu qruplaşması öz üzərinə götürüb
Digər ölkələr
25 Yanvar , 2017 12:29
Somalidə mehmanxanaya silahlı hücumda azı 12 nəfər ölüb, 25 nəfər yaralanıb - YENİLƏNİB

Bakı. 25 yanvar. REPORT.AZ/ Somalidə bir qrup silahlının ölkə paytaxtı Moqadişoda “Dayah” mehmanxanasının qapılarını minalanmış avtomobillə dağıdaraq hücum etməsi nəticəsində azı 12 nəfər ölüb, 25 nəfər yaralanıb. 

“Report” “Reuters”ə istinadən xəbər verir ki, hotelə soxulan silahlılar atəş açmağa başlayıb. 

Hücumun məsuliyyətini “Əş-Şəbab” terrorçu qruplaşması öz üzərinə götürüb.

*** 11:25

Somali paytaxtı Moqadişoda bir qrup silahlı minalanmış avtomobillə mehmanxanaya hücum edib. 

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu ölkənin polis orqanının nümayəndəsi bildirib. 

İnformasiyaya əsasən, silahlılar hotelin qapılarını minalanmış avtomobillə dağıdaraq içəri daxil olublar və atəş açmağa başlayıblar.

Hadisə nəticəsində ölən və ya xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yayılmayıb.

Bölgədə fəaliyyət göstərən silahlı qruplaşmalardan heç biri silahlı hücumun məsuliyyətini üzərinə götürməyib.

Xəbərdə bildirilib ki, Moqodişoda adətən belə hücumları “Aş-Şabab” terrorçu qruplaşmanın silahlıları törədir. 

Son xəbərlər

Orphus sistemi