​Somalidə 20 terrorçu zərərsizləşdirilib

​Somalidə 20 terrorçu zərərsizləşdirilib Hərbçilərlə terrorçular arasında silahlı toqquşma Somalinin qərbində Keniya sərhədi yaxınlığında baş verib
Digər ölkələr
25 May , 2016 13:49
​Somalidə 20 terrorçu zərərsizləşdirilib

Bakı. 25 may. REPORT.AZ/ Keniya silahlı qüvvələri Somalidə terrorçu "Aş-Şabab" qruplaşmasının 20-dən çox silahlısını öldürüb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Afrika İttifaqının missiyası altında Somalidə fəaliyyət göstərən sülhməramlı qüvvələrin nümayəndəsi bildirib.

Məlumata görə, hərbçilərlə terrorçular arasında silahlı toqquşma Somalinin qərbində Keniya sərhədi yaxınlığında baş verib.

Xəbərə əsasən, terrorçu qruplaşma toqquşma nəticəsində Keniya ordusunun 5 əsgərini öldürdüklərini, 8-ni isə yaraladıqlarını bildirib. 

Son xəbərlər

Orphus sistemi