Yuxarı

​Somalidə 20 terrorçu zərərsizləşdirilib

Hərbçilərlə terrorçular arasında silahlı toqquşma Somalinin qərbində Keniya sərhədi yaxınlığında baş verib

Bakı. 25 may. REPORT.AZ/ Keniya silahlı qüvvələri Somalidə terrorçu "Aş-Şabab" qruplaşmasının 20-dən çox silahlısını öldürüb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Afrika İttifaqının missiyası altında Somalidə fəaliyyət göstərən sülhməramlı qüvvələrin nümayəndəsi bildirib.

Məlumata görə, hərbçilərlə terrorçular arasında silahlı toqquşma Somalinin qərbində Keniya sərhədi yaxınlığında baş verib.

Xəbərə əsasən, terrorçu qruplaşma toqquşma nəticəsində Keniya ordusunun 5 əsgərini öldürdüklərini, 8-ni isə yaraladıqlarını bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi