Sinqapurda Zika virusuna yoluxanların sayı 242-ə çatıb

Sinqapurda Zika virusuna yoluxanların sayı 242-ə çatıb Səhiyyə naziri Emi Xor virusa yoluxmuş xəstələrin təcrid olunması məsələsini nəzərdən keçirir
Digər ölkələr
4 Sentyabr , 2016 18:25
Sinqapurda Zika virusuna yoluxanların sayı 242-ə çatıb

Bakı. 4 sentyabr. REPORT.AZ/ Sinqapurda Zika virusuna yoluxanların sayı 242-ə çatıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ölkənin səhiyyə naziri Emi Xor virusa yoluxmuş xəstələrin, habelə Зика virusuna yoluxmaqda şübhəli bilinənlərin ətrafdakı insanlardan təcrid olunması məsələsini nəzərdən keçirir.

Nazir bildirib ki, virusa yoluxanlara müvafiq ehtiyat tədbirlərinə riayət olunmaq şərtilə öz evlərində qalmağa icazə veriləcək.

Son xəbərlər

Orphus sistemi