Yuxarı

Sinqapurda Zika virusuna yoluxanların sayı 242-ə çatıb

Səhiyyə naziri Emi Xor virusa yoluxmuş xəstələrin təcrid olunması məsələsini nəzərdən keçirir

Bakı. 4 sentyabr. REPORT.AZ/ Sinqapurda Zika virusuna yoluxanların sayı 242-ə çatıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ölkənin səhiyyə naziri Emi Xor virusa yoluxmuş xəstələrin, habelə Зика virusuna yoluxmaqda şübhəli bilinənlərin ətrafdakı insanlardan təcrid olunması məsələsini nəzərdən keçirir.

Nazir bildirib ki, virusa yoluxanlara müvafiq ehtiyat tədbirlərinə riayət olunmaq şərtilə öz evlərində qalmağa icazə veriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi