​Şimali Koreyanın lideri: "ABŞ-a və müttəfiqlərinə qarşı savaşa hazırlaşın"

​Şimali Koreyanın lideri: "ABŞ-a və müttəfiqlərinə qarşı savaşa hazırlaşın" Kim Çen In: "Milli birlik üçün böyük müharibə əlimizin altındadır"
Digər ölkələr
28 Fevral , 2015 12:01
​Şimali Koreyanın lideri: ABŞ-a və müttəfiqlərinə qarşı savaşa hazırlaşın

Bakı.28 fevral. REPORT.AZ/ "ABŞ-la müharibəyə hazırlaşın".

"Report" "gazeta.ru"ya istinadən xəbər verir ki, bunu Şimali Koreyanın dövlət başçısı Kim Çen In deyib. Kim Çenin bu bəyanatını Şimali Koreya Dövlət Mərkəzi Teleqraf Agentliyi yayıb.

Kim Çen In ölkə ordusunu ABŞ və müttəfiqlərinə qarşı müharibəyə hazırlaşmağa çağırıb.

"Koreya xalqının hamısı vahid millət olaraq, elit ordu halına gəlib. Milli birlik üçün böyük müharibə əlimizin altındadır. Yaranmış vəziyyət bizim savaşa tam hazır olmağımızı tələb edir", - agentlik Kim Çen Indan sitat verib.

Bir müddət öncə Şimali Koreya Cənubi Koreyanı hədələyərək, bildirimişdi ki, əgər cənublular Şimala qarşı "təcavüzkar müharibəyə" başlamaq üçün ABŞ-la birləşərsə, o zaman Cənubun "bədbəxtliyinin sonu olacaq".

Xatırladaq ki, dünən ABŞ-la Cənubi Koreya 20 minə yaxın hərbçinin iştirakı ilə hərbi manevrlərə başlayıblar.

Son xəbərlər

Orphus sistemi