Şimali Koreya ötən il 200 mln. dollar qazanıb

Şimali Koreya ötən il 200 mln. dollar qazanıb Bakı. 3 fevral. REPORT.AZ/ Ötən il Şimali Koreya beynəlxalq sanksiyalara baxmayaraq, öz mallarını ixrac edərək, təxminən, 200 milyon ABŞ dolları qazanıb.
Digər ölkələr
3 Fevral , 2018 11:12
Şimali Koreya ötən il 200 mln. dollar qazanıb

Bakı. 3 fevral. REPORT.AZ/ Ötən il Şimali Koreya beynəlxalq sanksiyalara baxmayaraq, öz mallarını ixrac edərək, təxminən, 200 milyon ABŞ dolları qazanıb.

"Report"un "Associated Press"ə istinadən verdiyi məlumata görə, bu BMT-nin ekspertlərinin hazırladığı hesabatda deyilir.

Hesabatda bildirilir ki, 2017-ci ildə Şimali Koreya qanunsuz olaraq Rusiya, Çin, Cənubi Koreya, Vyetnam və Malayziyaya kömür ixrac edib, həmçinin Suriya və Myanmaya silah satıb.

2017-ci ildə bu ölkə Çinə 125 milyon ABŞ dolları dəyərində dəmir filizi ixrac da edib.

Son xəbərlər

Orphus sistemi