Yuxarı

Si Tszinpin Çində korrupsiya üzərində qələbə qazandıqlarını açıqlayıb

Si Tszinpin Çində korrupsiya üzərində qələbə qazandıqlarını açıqlayıb
© Getty Images

Bakı. 18 dekabr. REPORT.AZ/ Çin son 40 ildə islahat və açıqlıq siyasətinin həyata keçirilməsi dövründə Kommunist Partiyası və dövlət strukturlarında korrupsiya üzərində inamlı qələbə qazanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının sədri Si Tszinpin islahat və açıqlıq siyasətinin 40 illiyi münasibətilə bildirib.

O, korrupsiyaya qarşı mübarizədə inamlı qələbəyə nail olunduğunu vurğulayıb.

Qeyd edək ki, Çində korrupsiyaya qarşı genişmiqyaslı mübarizə kampaniyası Si Tszinpinin hakimiyyətə gəlməsindən sonra başlayıb. O vaxtdan bəri partiya nizamını pozduğuna və korrupsiyaya görə 1,5 milyon məmur cəzalandırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi