Yuxarı

Seul Olimpiadada Şimali Koreya musiqiçilərinə görə sanksiyaları dayandıracaq

Bakı. 5 fevral. REPORT.AZ/ Rəsmi Seul Koreya Xalq Demokratik Respublikasına (KXDR) məxsus olan "Man Gyong Bong" gəmisinin Cənubi Koreya limanlarına keçidinə qoyulmuş birtərəfli qadağanı müvəqqəti olaraq ləğv edə bilər.

"Report"un məlumatına görə, bu barədə RİA "Novosti" xəbər verib.

Xəbərdə bildirilir ki, buna səbəb ölkəyə onun göyərtəsində Pxyonçxanda keçiriləcək Olimpiadanın konsert meydançalarında çıxış etmək üçün Şimali Koreya musiqiçiləri qrupunun gəlməsi ilə bağlıdır.

Sanksiyaların müvəqqəti götürülməsi mümkünlüyü haqqında Pek Txe Xyon birləşməsi üzrə Cənubi Koreya nazirliyinin nümayəndəsi bildirib. Onun sözlərinə görə, bu, Olimpiadanın müvəffəqiyyətinə görə hazırlanır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi