Seul Olimpiadada Şimali Koreya musiqiçilərinə görə sanksiyaları dayandıracaq

Seul Olimpiadada Şimali Koreya musiqiçilərinə görə sanksiyaları dayandıracaq Bakı. 5 fevral. REPORT.AZ/ Rəsmi Seul Koreya Xalq Demokratik Respublikasına (KXDR) məxsus olan Man Gyong Bong gəmisinin Cənubi Koreya limanlarına keçidinə qoyulmuş birtərəfli qadağanı müvəqqəti olaraq ləğv edə bilər.
Digər ölkələr
5 Fevral , 2018 07:29
Seul Olimpiadada Şimali Koreya musiqiçilərinə görə sanksiyaları dayandıracaq

Bakı. 5 fevral. REPORT.AZ/ Rəsmi Seul Koreya Xalq Demokratik Respublikasına (KXDR) məxsus olan "Man Gyong Bong" gəmisinin Cənubi Koreya limanlarına keçidinə qoyulmuş birtərəfli qadağanı müvəqqəti olaraq ləğv edə bilər.

"Report"un məlumatına görə, bu barədə RİA "Novosti" xəbər verib.

Xəbərdə bildirilir ki, buna səbəb ölkəyə onun göyərtəsində Pxyonçxanda keçiriləcək Olimpiadanın konsert meydançalarında çıxış etmək üçün Şimali Koreya musiqiçiləri qrupunun gəlməsi ilə bağlıdır.

Sanksiyaların müvəqqəti götürülməsi mümkünlüyü haqqında Pek Txe Xyon birləşməsi üzrə Cənubi Koreya nazirliyinin nümayəndəsi bildirib. Onun sözlərinə görə, bu, Olimpiadanın müvəffəqiyyətinə görə hazırlanır.

Son xəbərlər

Orphus sistemi