Yuxarı

Səudiyyə Ərəbistanı İsraildən casusluq avadanlığının alınmasına dair müqavilə imzalayıb

Səudiyyə ilə İsrail arasında 300 milyon dollarlıq müqavilə imzalanıb

Səudiyyə Ərəbistanı ilə İsrail arasında kompüter casusluğuna qarşı mübarizə aparmaq üçün avadanlığın alınmasına dair müqavilə imzalanıb.

“Report” “Ewsru.co”ya istinadən xəbər verir ki, məlumatı “The Middle East Monitor” yayıb.

Bildirilib ki, bu məqsədlə İsraillə Səudiyyə Ərəbistanı arasında 300 milyon dollarlıq müqavilə imzalanıb. Məlumata görə, bu, hərbi avadanlığın alınmasına dair irimiqyaslı müqavilənin bir hissəsidir.

Qeyd olunub ki, krallıqla yəhudi dövləti arasında diplomatik münasibət olmasa da, tərəflər vasitəçisiz, birbaşa razılaşıblar. Müqavilənin detalları Misir və Birləşmiş Ərəb Əmirliklərinin də məlumatı var.

Məlumata görə, İsrail firmalarına maliyyə vəsaitinin köçürülməsi avadanlıq tədarük edilənədək başlayıb. Ehtimal edilir ki, 2020-ci ilədək krallığa 2 min qurğu tədarük olunacaq.

Səudiyyə Ərəbistanının Türkiyənin İstanbul şəhərindəki Baş Konsulluğunda qətlə yetirilmiş jurnalist Camal Qaşıqçının izlənilməsində İsrailin izləmə avadanlıqlarından istifadə edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi