Səudiyyə Ərəbistanı zəvvarların ölkəyə girişini qadağan etdi

Səudiyyə Ərəbistanı zəvvarların ölkəyə girişini qadağan etdi Səudiyyə Ərəbistanı Məkkə və Mədinədəki müqəddəs yerləri ziyarət etmək istəyən zəvvarların ölkəyə girişinə müvəqqəti qadağa qoyub.
Digər ölkələr
27 Fevral , 2020 10:29
Səudiyyə Ərəbistanı zəvvarların ölkəyə girişini qadağan etdi

Səudiyyə Ərəbistanı Məkkə və Mədinədəki müqəddəs yerləri ziyarət etmək istəyən zəvvarların ölkəyə girişinə müvəqqəti qadağa qoyub.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik müvəqqəti qadağanı COVID-19 koronavirusunun ölkəyə gətirilməsinin qarşısını almaq zəruriliyi ilə izah edib.

Həmçinin yeni növ koronavirusun artıq qeydə alındığı və daha da yayılması riski olan ölkələrin vətəndaşları üçün turist vizalarının verilməsi də müvəqqəti olaraq qadağandır.

Bundan əlavə, səlahiyyətlilər həmvətənləri və Körfəz Əməkdaşlıq Şurasında iştirak edən ölkələrin sakinləri üçün ölkəyə giriş-çıxışı məhdudlaşdırıb.

Son xəbərlər

Orphus sistemi