Yuxarı

Səudiyyə Ərəbistanı İraqa yeni səfir təyin edəcək

Səudiyyə Ərəbistanı İraqa yeni səfir təyin edəcək
Səfirlik 26 ildən sonra 2016-cı ildə fəaliyyətini bərpa edib

Bakı. 25 fevral. REPORT.AZ/ Səudiyyə Ərəbistanı yaxın vaxtlarda İraqa yeni səfir təyin edəcək.

“Report” xəbər verir ki, bu barədə İraqın Xarici İşlər Nazirliyinin bəyanatına istinadən “Al Arabiya” telekanalı məlumat yayıb.

Ötən ilin avqustunda rəsmi Bağdad Ər-Riyaddan səfir Tamer əs-Sabhanın İraqda olmasını ikitərəfli münasibətlərin inkişafı üçün “maneə” adlandıraraq ona əvəz tapılmasını tələb edib.

Səudiyyənin Bağdaddakı diplomatik nümayəndəliyi İraqın 1990-cı ildə Küveytə hərbi müdaxiləsindən sonra bağlanıb və yalnız 1 yanvar 2016-cı ildə 26 ildən sonra öz fəaliyyətini bərpa edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi