Yuxarı

Səudiyyə Ərəbistanı Bəşər Əsədə qarşı münasibətini dəyişib

Səudiyyə Ərəbistanı Bəşər Əsədə qarşı münasibətini dəyişib
Əsəd ölkənin siyasi gələcəyinə mühüm rol oynayacaq

Bakı. 14 sentyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı Suriya prezidenti Bəşər Əsədin ölkənin siyasi gələcəyində mühüm rol oynayacağı faktı ilə barışıb.

"Report" xəbər verir ki, bu barədə Rusiyadakı yüksək vəzifəli diplomatik mənbələrə istinadən "İzvestiya" nəşri məlumat yayıb.

Məlumata görə, Əsədin devrilməsinin zəruri olması ilə bağlı məsələ Suriyada vəziyyətin nizamlanması üzrə aparılan qapalı danışıqlarda daha qaldırılmır.

"Onlar anlayırlar ki, Bəşər Əsəd reallıqdır, onunla iş görmək lazım gələcək", - deyə diplomat bildirib və əlavə edib ki, "hazırkı qüvvələr nisbəti səudiyyəliləri ritorikanı dəyişməyə məcbur edir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi