Sörfinq üzrə dünya çempionu köpək balığının hücumuna məruz qalıb - VİDEO

Sörfinq üzrə dünya çempionu köpək balığının hücumuna məruz qalıb - VİDEO 34 yaşlı avstraliyalı dünya çempionu öz sörfinq avadanlığı üzərində olarkən vəhşi balıq yanında peyda olub
Digər ölkələr
19 İyul , 2015 23:35
Sörfinq üzrə dünya çempionu köpək balığının hücumuna məruz qalıb - VİDEO

Bakı. 19 iyul. REPORT.AZ/ Sörfinq idman növü ilə məşğul olan Mik Fenninq yarış zamanı köpək balığının hücumuna məruz qalıb. “Report” "Telegraph"a istinadən xəbər verir ki, dünya sörfinq çempionu olan Mik Fenninq Cənubi Afrikadakı J-Bay yarışı zamanı köpək balığının hücumundan sağ çıxmağı bacarıb.

Sürətlə üzdüyünə görə “Ağ şimşək” təxəllüsü alan 34 yaşlı avstraliyalı dünya çempionu öz sörfinq avadanlığı üzərində olarkən vəhşi balıq yanında peyda olub.

Bu zaman təşkilatçılar yardımçı qayıqla idmançının köməyinə gəliblər.

"Mən sadəcə ayağıma nəyinsə toxunduğunu hiss etdim və vuraraq itələmək istədim. Sonra mən balığın bir hissəsini gördüm. Hətta gözləyirdim ki, o məni dişləyəcək", - Fenninq bildirib.

Son xəbərlər

Orphus sistemi