Yuxarı

Sörfinq üzrə dünya çempionu köpək balığının hücumuna məruz qalıb - VİDEO

34 yaşlı avstraliyalı dünya çempionu öz sörfinq avadanlığı üzərində olarkən vəhşi balıq yanında peyda olub

Bakı. 19 iyul. REPORT.AZ/ Sörfinq idman növü ilə məşğul olan Mik Fenninq yarış zamanı köpək balığının hücumuna məruz qalıb. “Report” "Telegraph"a istinadən xəbər verir ki, dünya sörfinq çempionu olan Mik Fenninq Cənubi Afrikadakı J-Bay yarışı zamanı köpək balığının hücumundan sağ çıxmağı bacarıb.

Sürətlə üzdüyünə görə “Ağ şimşək” təxəllüsü alan 34 yaşlı avstraliyalı dünya çempionu öz sörfinq avadanlığı üzərində olarkən vəhşi balıq yanında peyda olub.

Bu zaman təşkilatçılar yardımçı qayıqla idmançının köməyinə gəliblər.

"Mən sadəcə ayağıma nəyinsə toxunduğunu hiss etdim və vuraraq itələmək istədim. Sonra mən balığın bir hissəsini gördüm. Hətta gözləyirdim ki, o məni dişləyəcək", - Fenninq bildirib.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi