“Sarı jiletlilər”in üzvü partiya yaratmaq qərarına gəlib

“Sarı jiletlilər”in üzvü partiya yaratmaq qərarına gəlib Bakı. 7 yanvar. REPORT.AZ/ Fransada fəaliyyət göstərən “Sarı jiletlilər” hərəkatının təmsilçisi Jaklin Muro siyasi partiya yaratmaq qərarına gəlib.
Digər ölkələr
7 Yanvar , 2019 15:55
“Sarı jiletlilər”in üzvü partiya yaratmaq qərarına gəlib

Bakı. 7 yanvar. REPORT.AZ/ Fransada fəaliyyət göstərən “Sarı jiletlilər” hərəkatının təmsilçisi Jaklin Muro siyasi partiya yaratmaq qərarına gəlib.

“Report” “France İnfo” radiosuna istinadən xəbər verir ki, hazırda nizamnaməsi üzərində iş getdiyi yeni partiya vergi sistemində islahat aparılmasını, sosial siyasətin gücləndirilməsini tələb edəcək.

Yeni partiyanın liderinin olub-olmayacağı barədə danışan J.Muro bildirib ki, mən rütbə-filan istəmirəm: "Partiya yaratmağa çalışıram və bu da balaca məsələ deyil. Bundan sonra bütün partiyalardakı kimi, səsvermə keçiriləcək. Mən olacağam, yoxsa başqası, mühüm deyil. Əsas məsələ insanları zoraklılğa qarşı, bizim təsisatlara hörmət üçün birləşdirməkdir”.

Xatırladaq ki, Fransada yanacağın bahalaşmasına qarşı “sarı jiletlilər”in kütləvi etiraz aksiyaları ötən il noyabrın 17-də başlayıb. Ayrı-ayrı hallarda etiraz nümayişləri iğtişaşlara çevrilmişdi.

Son xəbərlər

Orphus sistemi