Şanxaydakı anbarlardan birində metal panellərin aşması nəticəsində 4 nəfər ölüb

Şanxaydakı anbarlardan birində metal panellərin aşması nəticəsində 4 nəfər ölüb Hadisə baş verən an orada 7 və ya 8 nəfər olub
Digər ölkələr
19 Dekabr , 2016 05:19
Şanxaydakı anbarlardan birində metal panellərin aşması nəticəsində 4 nəfər ölüb

Bakı. 19 dekabr. REPORT.AZ/ Şanxaydakı anbarlardan birində metal üzlüklü panellərin aşması nəticəsində 4 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə yerli "Shanghai Daily" qəzeti yazır.

Qəzetin məlumatına görə, insident Puto rayonunda, "Shanghai Zhongxin Stainless Steel" şirkətinin anbarında baş verib. Yerli hakimiyyət orqanlarının məlumatında bildirilir ki, divarlara üz çəkilməsi işlərin görülmələri zamanı metal panellər insanların üstünə aşıb və onları əzib.

Anbarın sahibi polis tərəfindən dindirilib. Anbarın əməkdaşlarından birinin sözlərinə görə, hadisə baş verən an orada yeddi və ya səkkiz nəfər olub.

Qəzet bir panelin çəkisinin 50 kiloqram, işçilərin üstünə aşmış avadanlığın çəkisi isə 4-5 ton olduğunu yazır.  

Son xəbərlər

Orphus sistemi