Yuxarı
    Bağlamaq

    Şanxaydakı anbarlardan birində metal panellərin aşması nəticəsində 4 nəfər ölüb

    Hadisə baş verən an orada 7 və ya 8 nəfər olub

    Bakı. 19 dekabr. REPORT.AZ/ Şanxaydakı anbarlardan birində metal üzlüklü panellərin aşması nəticəsində 4 nəfər həlak olub.

    "Report" xəbər verir ki, bu barədə yerli "Shanghai Daily" qəzeti yazır.

    Qəzetin məlumatına görə, insident Puto rayonunda, "Shanghai Zhongxin Stainless Steel" şirkətinin anbarında baş verib. Yerli hakimiyyət orqanlarının məlumatında bildirilir ki, divarlara üz çəkilməsi işlərin görülmələri zamanı metal panellər insanların üstünə aşıb və onları əzib.

    Anbarın sahibi polis tərəfindən dindirilib. Anbarın əməkdaşlarından birinin sözlərinə görə, hadisə baş verən an orada yeddi və ya səkkiz nəfər olub.

    Qəzet bir panelin çəkisinin 50 kiloqram, işçilərin üstünə aşmış avadanlığın çəkisi isə 4-5 ton olduğunu yazır.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi