Salvadorda zəlzələ baş verib: ölən və yaralananlar var

Salvadorda zəlzələ baş verib: ölən və yaralananlar var Zəlzələ zamanı həmçinin 2 nəfər xəsarət alıb
Digər ölkələr
11 Aprel , 2017 06:27
Salvadorda zəlzələ baş verib: ölən və yaralananlar var
Foto: Matt Katzenberger

Bakı. 11 aprel. REPORT.AZ/ Salvadorda zəlzələ baş verib.

"Report"un "RİA Novosti"yə istinadən məlumatına görə, bu barədə ölkə polisi "Twitter"də xəbər verib.

Xəbərdə bildirilir ki, zəlzələ 5,1 bal gücündə olub. "Bir nəfər öz maşını ilə Los-Çorros avtomagistralında gedərkən avtomobilin üzərinə böyük daş düşüb" - deyə polisin məlumatında qeyd olunur.

Yeraltı təkanlar Antiquo-Kuskatlan şəhərində qeydə alınıb. Zəlzələ ocağı 4 kilometr dərinlikdə yerləşib.

Zəlzələ zamanı həmçinin 2 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Son xəbərlər

Orphus sistemi