Bakı. 11 aprel. REPORT.AZ/ Salvadorda zəlzələ baş verib.
"Report"un "RİA Novosti"yə istinadən məlumatına görə, bu barədə ölkə polisi "Twitter"də xəbər verib.
Xəbərdə bildirilir ki, zəlzələ 5,1 bal gücündə olub. "Bir nəfər öz maşını ilə Los-Çorros avtomagistralında gedərkən avtomobilin üzərinə böyük daş düşüb" - deyə polisin məlumatında qeyd olunur.
Yeraltı təkanlar Antiquo-Kuskatlan şəhərində qeydə alınıb. Zəlzələ ocağı 4 kilometr dərinlikdə yerləşib.
Zəlzələ zamanı həmçinin 2 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.